TEAM Azərbaycanın mütəxəssisləri tərəfindən Xırdalan 3 saylı STEAM Mərkəzində maraqlı və maarifləndirici təlim təşkil olunub

Təlim çərçivəsində məktəblilərə “Mexatronika və robototexnika” mövzusunda seminar təşkil edilib. 
Mətn Şagirdlər həm nəzəri, həm də praktiki biliklər əldə ediblər. Onlar elektronikanın qurulması, mühərriklərin qoşulması, idarəetmə sistemlərinin tətbiqi və funksional dizayn prinsipləri ilə tanış olublar.