STEAM Azərbaycanın təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Hakaton” müsabiqəsi baş tutub.

İki mərhələdən ibarət olan hakaton çərçivəsində iştirakçılara əvvəlcə texniki tapşırıqlar təqdim olunub və komandalar bu tapşırıqları yerinə yetirərək öz praktiki bacarıqlarını nümayiş etdiriblər. Növbəti mərhələdə isə komandalar hazırladıqları layihələrə dair təqdimat posterləri hazırlayaraq münsiflər heyəti qarşısında təqdimatlar ediblər.
Jüri dəyərləndirməsindən sonra qalib komandalar müəyyənləşdirilib və onlar sertifikat və hədiyyələrlə təltif olunublar.
Müsabiqə iştirakçılara elektrik enerjisindən istifadə sahəsində biliklərini tətbiq etməklə yanaşı, komanda işi, innovativ düşüncə və effektiv təqdimat bacarıqları sahəsində də əhəmiyyətli təcrübə qazandırıb.