STEAM Azərbaycan mütəxəssisləri tərəfindən Xırdalan 3 saylı STEAM Mərkəzində metodik dəstək məqsədli təlim təşkil olunub.

Şagirdlər sualtı və üzən modellərin elektronikasının qurulması, dizayn edilməsi, mühərriklərin qoşulması və idarəetmə mexanizmləri ilə bağlı praktiki və nəzəri biliklər əldə ediblər.
Təlim bitdikdən sonra Mərkəzin ümumi fəaliyyəti ilə tanış olunmuş, fəaliyyətin daha səmərəli təşkili üçün əməkdaşlara təlimat və tövsiyələr verilmişdir.