STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə 12 Aprel – Beynəlxalq Kosmonavtika Günü münasibətilə STEAM İnnovasiya Mərkəzində ustad dərsləri keçirilib!

Tədbirin məqsədi şagirdlərə və gənclərə kosmik araşdırmaların mühüm istiqamətlərindən biri olan peyk texnologiyaları haqqında praktiki biliklər təqdim etmək, onların elmi maraqlarını təşviq etmək və mühəndislik sahələrinə olan marağını artırmaqdır.
Dərslər zamanı iştirakçılar peyklərin quruluşu və funksiyaları ilə tanış olub, yer səthinin müşahidəsi və peyk rabitəsi texnologiyalarını öyrənib, real peyk simulyasiyaları üzərində işləyərək, kosmik texnologiyaların tətbiqlərini təcrübədə araşdırıblar