STEAM Azərbaycan layihəsi "Peşə Təmayüllü Siniflərin Təşkili" layihəsi ilə əməkdaşlığa başlayıb.

"STEAM Azərbaycan" və "Peşə Təmayüllü Siniflərin Təşkili" layihələri əməkdaşlığa başlayıblar.
 
Əməkdaşlıq çərçivəsində 28-29 noyabr və 5-6 dekabr tarixlərində 20 nəfər qrup rəhbəri və 20 nəfər ixtisas müəllimi üçün onlayn təlimlər təşkil olundu. Təlimdə iştirakçılar "3D CAD", "3D PEN", "3D PRINTING" mövzularını öyrəndilər. Təlimin sonunda iştirakçılar 3D formatında öz işlərini təqdim etdilər. İştirakçılara sertifikatlar veriləcək.

Qalereya