STEAM Mərkəzlərində yeni təlim qruplarına qeydiyyat başladı!

📢STEAM Mərkəzlərində yeni təlim qruplarına qeydiyyat başladı! Təlim modulları: 🔹 Kodlaşdırma laboratoriyası (CodeLab): 8–10 yaşlı şagirdlər üçün alqoritmik düşünmə və proqramlaşdırmanın əsasları 🔹 Yaradıcılıq və incəsənət laboratoriyası (ArtLab): 9–12 yaşlı şagirdlər üçün dizayn, incəsənət və STEAM yanaşmasını birləşdirən yaradıcılıq fəaliyyəti 🔹 Məntiqi labirintlər (Logical Mazes): 8–10 yaşlı şagirdlər üçün məntiqi düşünmə, problem həll etmə və strategiya bacarıqları 🔹 Proqramlaşdırılan sistemlər (Programmable systems): 10–16 yaşlı şagirdlər üçün proqram təminatı vasitəsilə ağıllı və avtomatlaşdırılmış sistemlərin qurulması 🔹 CAD texnologiyaları (CAD Technologies): 13–15 yaşlı şagirdlər üçün 3D dizayn və modelləşdirmə bacarıqları 🔹 CNC texnologiyaları (CNC Technologies): 13–15 yaşlı şagirdlər üçün rəqəmsal dizaynların real fiziki məhsullara çevrilməsi 🔹 Süni intellekt (AI): 14–17 yaşlı şagirdlər üçün kompüter görməsi, obyekt tanıma və süni intellektin əsasları 🔹 Mexatronika və robototexnika (Mechatronics and robotics): 10–16 yaşlı şagirdlər üçün mexanika, elektronika və proqramlaşdırma əsasında robot sistemlərinin qurulması 🔹 Dron texnologiyaları (Drone technologies): 10–16 yaşlı şagirdlər üçün dronların quruluşu, idarə olunması və uçuş prinsipləri 🔹 Robotlarla öyrən (Robochallenge): 10–16 yaşlı şagirdlər üçün robot modelləri üzərindən əyləncəli və praktik öyrənmə 📌Ətraflı məlumat və qeydiyyat üçün: www.steam.edu.az/az/registration // +994 51 206 78 18