Özbəkistan Respublikasının Daşkənd şəhərində Azərbaycan dövlətinin dəstəyi ilə yeni yaradılmış STEAM Mərkəzinin açılış mərasimi baş tutub.
Abdulla Avloni adına Milli Pedaqoji Ustalıq İnstitutunda Azərbaycan təcrübəsi əsasında yaradılmış STEAM Mərkəzinin açılışında Elm və təhsil nazirinin müavini Həsən Həsənli, STEAM Azərbaycanın rəhbəri İqrar Nəzərov və Özbəkistan Respublikasının rəsmiləri iştirak edib.
Özbəkistan Respublikasının məktəbəqədər və ümumi təhsil naziri Hilola Umarova çıxış edərək STEAM sahəsində Azərbaycanın təcrübəsini yüksək qiymətləndirib, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin və ortaq təşəbbüslərin gerçəkləşdirilməsinin hər iki ölkənin təhsil sistemləri üçün faydalı olacağını qeyd edib.
Mərkəz ümumilikdə 9 laboratoriya, görüş otaqları və inzibati ofislərdən ibarətdir. Mərkəzdəki mövcud şərait Özbəkistan təhsilində müasir imkanların və innovasiyaların tətbiqi baxımından mühüm rol oynayacaq.
Qalereya







