"Online" müsahibələrə start verilib.

Bildiyiniz kimi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin "STEAM Azerbaijan" layihəsi 2019-2020 tədris ilindən start götürüb. Hal hazırda 42 məktəbdə 6,500 şagirdi əhatə etməklə həyata keçirilir. 2020-2021 yeni tədris ilində paytaxt Bakı və regionlarda layihə tətbiq olunan məktəblərin sayını artırmaq məqsədilə müəllimlərin hazırlıq təlimləri keçiriləcək. 2020-ci ilin mart ayında ölkə ərazisində COVİD-19 virusunun yayılması ilə əlaqədər təlimlər "online" şəkildə təşkil olunacaq. Təlimlərə hazırlıq prosesi artıq başlayıb. "Online" müsahibələr keçirilir.

Qeyd edək ki, müsahibə mərhələsinə məktəb və müəllimlərin seçimi Rayon Təhsil Şöbələrinin məlumatları əsasında aparılıb

Qalereya