Şagirdlər STEAM Mərkəzlərində keçirilən “Kodlaşdırma laboratoriyası”, “İncəsənət və yaradıcılıq laboratoriyası”, “Mexatronika və robototexnika”, “Peyk texnologiyaları”, “Dron texnologiyaları”, “Proqramlaşdırılan sistemlər”, “Alternativ enerji”, “ROV və AUV sistemləri”, “Pilotsuz gəmi sistemləri”, “CAD texnologiyaları”, “CNC texnologiyaları”, “Məntiqi labirintlər”, “Robotlarla öyrən” və “Sahibkarlıq bacarıqları” proqramlarında iştirak edərək praktik bilik və bacarıqlar qazanır, yaradıcı düşüncə, innovativ yanaşma və komandada işləmək qabiliyyətlərini inkişaf etdirirlər.
Ölkənin müxtəlif regionlarında yerləşən 21 STEAM Mərkəzində yeni təlim qrupları üzrə dərslər başlayıb!

