Mingəçevir STEAM Mərkəzinin açılışı keçirilib.

İyunun 28-də təhsil naziri Emin Əmrullayev Mingəçevir rayonuna səfər edib.  

Səfər çərçivəsində Mingəçevir şəhərində D.Nağıyev adına 9 nömrəli tam orta məktəbdə STEAM Mərkəzinin açılış mərasimi keçirilib.

Açılış mərasimində iştirak edən təhsil naziri Emin Əmrullayev Mərkəzdə şagirdlər üçün yaradılmış şəraitlə tanış olub. 

Bildirilib ki, Mərkəz regional xarakter daşıyır. Mərkəzdə yaradılmış imkanlardan sözügedən məktəblə yanaşı, regionun digər məktəblərinin şagird və müəllimləri də istifadə edə biləcəklər.


Qeyd edək ki, hazırda ölkə üzrə 100 mindən çox şagirdi əhatə edən STEAM layihəsinin növbəti tədris ilində genişləndirilməsi planlaşdırılır.

Layihənin məqsədi təhsilalanlarda tənqidi, yaradıcı düşüncə, əməkdaşlıq etmə və digər XXI əsr bacarıqlarını formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaqdır. Həmçinin fənləri inteqrativ, real problemlərin həlli istiqamətində tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirmək, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltmək də layihənin məqsədlərindəndir.

Qalereya