Elm və təhsil nazirliyinin, NARGIS FUNDun dəstəyi və "STEAM Azərbaycan" layihəsinin təşkilatçılığı ilə 11 fevral- Elmdə Beynəlxalq Qadınlar və Qızlar Günü adlı tədbir keçirilib

Tədbirin əsas məqsədi qızları və gənc qadınları elmi sahələrə təşviq etmək, onların uğurlarını vurğulamaq və bu istiqamətdəki çağırışları müzakirə etmək olub.
Tədbirdə dövlət rəsmiləri, elm və təhsil sahəsində ekspertlər, beynəlxalq təşkilatların nümayəndələri və 11 saylı İnteqrasiya təlimli internat məktəbinin qız şagirdləri bir araya gəlib.
Tədbir rəsmi çıxışlar və təlim sessiyasından ibarət olub. 
Ekspert Kamran Qasımovun təqdimatında "Keçmişdən gələcəyə: qadınların innovasiyada rolu" adlı interaktiv qrup işində iştirakçılar qadınların elm və texnologiyada keçmiş və indiki dövrdəki töhfələrini təhlil edib.
Sonda isə STEAM İnnovasiya Mərkəzinə təşkil edilən ekskursiya çərçivəsində gənclər müxtəlif elmi və innovativ layihələrlə tanış olublar.