“H2 Grand Prix (Hidrogen enerjisi ilə işləyən avtomobillərin yarışı)” Azərbaycan turniri keçirilib.

14 may 2026-cı il tarixində Bakı Kristal Zalda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və STEAM Azərbaycanın təşkilatçılığı ilə beynəlxalq innovasiya və mühəndislik yarışı olan “H2 Grand Prix (Hidrogen enerjisi ilə işləyən avtomobillərin yarışı)” Azərbaycan turniri keçirilib.
Turnirdə ölkənin 15 regionundan ümumilikdə 15 komanda olmaqla 69 iştirakçı yarışıb. Yarış çərçivəsində iştirakçılar hidrogen enerjisi ilə çalışan avtomobillərin hazırlanması və idarə olunması üzrə bilik və bacarıqlarını nümayiş etdiriblər. Layihənin əsas məqsədi gənclər arasında alternativ enerji texnologiyalarına marağın artırılması, STEAM təhsilinin təşviqi və innovativ düşüncənin inkişafına töhfə vermək olub.
“H2 Grand Prix” Azərbaycan turniri zamanı iştirakçılar komandalar şəklində çalışaraq hidrogen texnologiyası əsaslı avtomobillərlə uzunmüddətli və dayanıqlı performans nümayiş etdirmək uğrunda mübarizə aparıblar. Yarış boyunca komandalar həm mühəndislik, həm proqramlaşdırma, həm də strateji düşünmə bacarıqlarını tətbiq ediblər.
Turnirin yekun nəticələrinə əsasən:
I yer- "Pilots" komandası (Ağdaş)
II yer- "Space Soldiers" komandası (Bakı)
III yer- "DriveIQ" komandası (Şirvan)

Qalereya