Gürcüstanda fəaliyyət göstərən 53 nömrəli məktəbin direktoru, eyni zamanda Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin Məktəbəqədər Təhsil Standartlarının və Milli Kurikulumun Hazırlanması şöbəsinin müdiri Azərbaycan Respublikasına səfər ediblər.
Səfər çərçivəsində nümayəndə heyəti STEAM İnnovasiya Mərkəzi, eləcə də Saray, Masazır və Binəqədi STEAM Mərkəzlərini ziyarət edib. Görüşlər zamanı qonaqlara Azərbaycanda STEAM təhsil modelinin tətbiqi, məktəblərdə innovativ tədris metodlarının inteqrasiyası, praktiki və layihəəsaslı öyrənmə yanaşmaları barədə ətraflı məlumat verilib.
Ziyarət zamanı mərkəzlərin maddi-texniki bazası, laboratoriyalar, rəqəmsal texnologiyaların tətbiqi imkanları və şagirdlərin iştirakı ilə həyata keçirilən layihələr nümayiş olunub. Tərəflər arasında STEAM təhsilinin inkişaf istiqamətləri, məktəbəqədər və ümumi təhsil pilləsində kurikulumun müasirləşdirilməsi, innovativ yanaşmaların tətbiqi və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
Görüşlər qarşılıqlı təcrübə mübadiləsi və regional əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətli hesab olunub.
Qalereya