First Person View (FPV) Drone – Dron İdmanı üzrə Respublika turniri keçirilib.

16 may 2026-cı il tarixində Bakı Kristal Zalında Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin dəstəyi və STEAM Azərbaycanın təşkilatçılığı ilə First Person View (FPV) Drone – Dron İdmanı üzrə Respublika turniri keçirilib.
Turnirdə ölkənin müxtəlif regionlarından ümumilikdə 40 iştirakçı yarışıb. Yarışın əsas məqsədi gənclər arasında innovativ texnologiyalara, mühəndisliyə və pilotsuz uçuş aparatlarına marağın artırılması, həmçinin dron idmanının inkişafına töhfə vermək olub.
İştirakçılar xüsusi hazırlanmış yarış trayektoriyasında FPV dronların idarə olunması üzrə öz bacarıqlarını nümayiş etdiriblər. Turnir ərzində komandalar sürət, çeviklik və texniki dəqiqlik üzrə mübarizə aparıblar.

Qalereya