1-2 mart 2025-ci il tarixlərində “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə “FIRST LEGO LEAGUE CHALLENGE” yarışının Respublika turniri keçirilib

Turnirdə ölkənin müxtəlif bölgələrindən olan 40-dan çox komanda iştirak edib. İlkin mərhələdə komandalar mühəndislik bacarıqlarını nümayiş etdirərək robotlarını sınaqdan keçirib və müxtəlif tapşırıqları yerinə yetiriblər. Daha sonra iştirakçılar jüri dəyərləndirməsində çıxış edərək öz innovativ layihələrini təqdim ediblər.
Turnirin əsas məqsədi məktəblilərin elm, texnologiya, mühəndislik və riyaziyyat (STEAM) sahələrinə marağını artırmaq, onların analitik düşünmə, problem həll etmə və komanda işi bacarıqlarını inkişaf etdirməkdir.