STEAM - HƏYATINIZIN HƏR ADDIMINDA!

Haqqımızda

 
 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil İnstitutunun "STEAM Azerbaijan" layihəsi 2019-2020 tədris ilindən start götürüb. STEAM təhsil metodu 5 əsas disiplinlərin birləşik şəkildə təşkilidir. Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art), Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub.
Layihəyə və təlimlərə qoşulmaq üçün info@steam.edu.az ünvanına və ya facebook.com/steam.edu.az rəsmi səhifəsinə müraciət etmək lazımdır.
Təlimlər zamanı STEAM metodologiyaları, Robototexnika, 3D CAD Modelləşdirmə və Çap, Proqramlaşdırma, Nano və Neyro texnologiyalar, Mühəndislik modulları tədris olunur.
Layihə 6-ci siniflərdən başlayaraq STEAM tətbiq olunan məktəblərdə tədris olunur.